DIN və Baz Prokurorluq Tərtərdə ağdamlı məcburi köçkünlərlə yerli sakinlər arasında baz verən qarzıdurma ilə bağlı birgə məlumat yay

img

07-07-2010 [12:16]


Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Tərtər şəhərində baş verən hadisə ilə bağlı birgə məlumat yayıb. DİN mətbuat xidmətindən verilən məlumata görə, 2010-cu il iyulun 6-da saat 11.00 radələrində Tərtər şəhərində bir qrup yerli sakinlə rayon ərazisində məskunlaşmış Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlər arasında ictimai qaydanın kobud surətdə pozulması ilə nəticələnən qarşıdurma baş verib. Nəticədə hər iki tərəfdən bədən xəsarəti alanlar olub, o cümlədən dörd yerli sakin rayonun mərkəzi xəstəxanasına yerləşdirilib. Qarşıdurma zamanı bir neçə ticarət və iaşə obyektinə ziyan dəyib. Görülmüş operativ tədbirlərlə ictimai qayda bərpa olunub. Xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşı yüngül xəsarət alıb. Fakt üzrə Cinayət Məcəlləsinin 221.3( Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Qarşıdurmanın səbəblərinin yerində araşdırılması və gələcəkdə təkrarlanmaması üçün adekvat tədbirlərin görülməsi məqsədilə rayona Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət qrup ezam olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA